Browsing All Posts published on »Ekim, 2013«

Ermənini 15 saniyəyə nokauta salan azərbaycanlı

Ekim 26, 2013

0

Eduard Məmmədov – “Ağ canavar” ləqəbi ilə tanınır. 35 yaşında olmasına baxmayaraq, idmançı karyerasını davam etdirir. O, bu gün də əldə etdiyi uğurları xalqına, vətəninə həsr edir. Publika.Az “II taym” layihəsi çərçivəsində dünyanın ən titullu kikboksçusu haqqında məlumat verəcək. Bir kikboksçunun əldə edəcəyi bütün uğurları qazanan Eduard, həm də polis mayorudur. Uşaqlıqdan istəyi vətəninə layiqli […]

Super kubokun sahiblərinə prezident mükafatı

Ekim 23, 2013

0

Bu gün futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyun keçirilib. 18 ildən sonra keçirilən Superkubok matçında cənublular qalib gəlib – 2:1. Bununla da ölkə kubokunun finalındakı məğlubiyyətin əvəzini çıxan Con Toşakın yetirmələri 4-cü Azərbaycan Superkubokunun sahibi olub. Cənublular tarixində ilk dəfə bu titula yiyələnib. Biz də klubun qələbə təəssüratlarını öyrənmək üçün “XL”in mətbuat xidmətinin rəhbəri Hüseyn […]

Dava yoxsa dostluq görüşü?

Ekim 22, 2013

0

“Həlledici görüşlərdə fovarit olmur” Xəbər verdiyimiz kimi, oktya­brın 23-də “Neftçi” və “Xəzər Lənkəran” futbol komandaları arasında Superkubok matçı baş tutacaq. Oyun Naxçıvan Muxtar Respublika Stadionunda saat 15:00-da keçiriləcək. Publika.Az olaraq azərbaycanlı futbol azarkeşlərinin həvəslə gözlədiyi oyunla bağlı mütəxəssislərin fikirləri aldıq. Həmin mütəxəssislər zamanında hər iki klubun uğurlarında xeyri dəyib: İlk olaraq hər iki komanda ilə […]

Toşak superkuboku qazanmaqla imicini qaldıracaq

Ekim 21, 2013

0

“Hamı bu oyunun əhəmiyyətini yaxşı dərk edir” Xəbər verdiyimiz kimi, oktya­brın 23-də “Neftçi” və “Xəzər Lənkəran” futbol komandaları arasında Superkubok matçı baş tutacaq. Oyun Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Bu gün Naxçıvanda Düzdağ otelinə yerləşən komanda yaxın zamanda məşqlərini bərpa edəcək. Klubun hazırki durumu ilə bağlı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayılov ilə əlaqə […]

Kamran Ağayevin durumu ciddiləşir?

Ekim 21, 2013

0

  Xəbər verdiyimiz kimi, Millimizin və “Bakı” klubunun qolkiperi Kamran Ağayev uzun müddət yaşıl meydanlardan kənar qalmalı olub. Səbəb isə Ağayevin diz nahiyəsindən zədələnməsi olub. Menisk zədəsi alan Ağayev sabah müayinə üçün Türkiyəyə yollanacaq. Qapıçının hazırki durumu ilə bağlı onun forma geyindiyi “Bakı” klubunun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov ilə əlaqə saxladıq. “Bildiyiniz kimi, Kamran […]

AFFA üzr istədi, Toşak əfv etdi

Ekim 19, 2013

0

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak millimizin Rusiya ilə baş tutmuş oyununa buraxmamışdılar. Cənub klubu da bununla bağlı AFFA nümayəndəliyinin Toşakdan üzr diləməsini istəmişdi. Nəhayət bu istəyə cavab gəlib. Bu barədə “XL”in mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Publika.Az-a məlumat verib. Klub rəsmisi bildirdi ki, AFFA-dan bunun anlaşılmazlıq olduğu deyilib: “AFFA-dan Mikayil Nərimanoğlu […]

“Dedim ki, bu qız mənim qismətimdir” – Azərbaycanın Bolu- FOTOLAR

Ekim 19, 2013

0

“Neftçi”nin sabiq futbolçusu Mübariz Zeynalov əfsanəvi 60-cı illər nəslinin nümayəndələrindəndir. Bu gün qızıl “bürünc”lərdən Azərbaycanda yaşayan 4 futbolçudan biri də M.Zeynalovdur. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib. Publika.Az “II Taym” layihəsi çərçivəsində 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatını qazanan Mübariz Zeynalovu tanıdacaq: O, 1992-1993-cü illərdə Azərbaycan milli komandasında məşqçi, 1993-cü ildə “Kəpəz”də baş […]