“Bakıya çempion olmaq üçün gəlmişəm” – Çempionun Publika.az-a müsahibəsi.- FOTOLAR

Posted on 24/11/2013

0


Resim

“Baku World Challenge” avtomobil yarışında sürücüsü olan polşalı qonaq Publika.Az-a müsahibə verib. O müsahibəsində Azərbaycanın insanlarından və yeməkləriin dadından söhbət danışıb. Həmçinin qonaq Azərbaycana çempion olmaq üçün gəldiyini deyib.

– İlk olaraq özünüz haqqınızda məlumat verərdiniz…

– Mən Nik Tendi. Özüm Bedforddanam(Birləşmiş Krallıq). Bu yarışda Polşanı təmsil edirəm.

– Azərbaycana neçənci dəfədir gəlirsiniz?

– Mən ötən il də Bakiya gəlmişdim. “City Challenge” yarışlarında iştirak etmişdim. Yəni ikinci səfərimdir.

– Ötən yarışda “City Challenge”də neçənci pillənin sahibi oldunuz?

– “City Challenge”də “top 10”luqda “finiş”ə çatmışdım. İndi qalib olacağımı ümid edirım.

– İkinci dəfə səfərdə olduğunuz Azərbaycan haqqında nə düşünürsünüz?

– Çox sevimli bir şəhərdir. Hazırda mən gözəl insanların olduğu bir məkandayam. Gözəl binaları var. Bakını çox sevdim.

– Bakını gəzmək imkanınız olubmu? Haralarda olmusunuz?

– Bakıya gələndən cəmi 3 dəfə şəhərə çıxmaq imkanım olub. O da yemək yemək üçün getmişdik. İnsanları çox yaxşıdır. Yeməklərinə də söz ola bilməz, çox dadlıdır.

– Son olaraq bu yarış və təşkilatçılıq haqqında fikirlərinizi öyrənək

– Bu yarışların Azərbaycanda təşkil olunması çox gözəldir. Amma fəsillə bağlı bir balaca problemimiz oldu. Çünki hava bizə görə çox soyuqdur. Lakin idarə edirik. Her şeyə rəğmən burada olmaq xoşdur.

Qeyd edək ki, Nik Tendi “Formula Ford Festival”ında çempion olub.

Aygün İlqarqızı

Resim

Resim

Resim

Etiketlendi: , ,