“Dedim ki, bəs o vaxt Heydər Əliyevin marağı nə idi?!” – FOTOLAR + VİDEO  

Posted on 28/06/2016

0


“Dedim ki, bəs o vaxt Heydər Əliyevin marağı nə idi?!” - FOTOLAR + VİDEO
Rauf İbrahimov: “Azərbaycanda Kempo çox sürətlə inkişaf edir”

Azərbaycan Kempo Federasiyası – Bu idman növünün nə üçün yarandığını, nə vaxtdan fəaliyyət göstərdiyini öyrənmək üçün qurumun rəhbəri Rauf İbrahimovla söhbətləşdik.
Hurriyyet.org–a verdiyi müsahibədə kemponun inkişafından danışdı. Həmçinin federasiyaya sponsor axtarışında olduqlarını da dilə gətirdi.
– Kempo nədir? Azərbaycanda bir o qədər də tanınmır. Ölkəmizdə bu idman növü kimi nəm vaxtdan fəaliyyət göstərir?

– Kempo ümumiyyətlə döyüş sənət məktəbi deməkdir. Kemponun idman xətti cüdo, güləş, boks, karatedir. Ənənəvi xəttinə isə özünü müdafiə, silahlarla davranış, MMA, kikboks daxildir. Bu idmanın da Azərbaycanda bünovrəsini mən qoymuşam.
Beynəlxalq kempo federasiyası yaranandan sonra 2009-cu ildə mən həmin qurumla əlaqə yaratdım. “Toğrul” idman klubu olaraq da onlarla görüşdük, münasibətlərimiz yarandı. Dünya Avropa çempionatı keçiriləndə bizi dəvət etdilər. Qərara gəldim ki, niyə Azərbaycan o yarışlarda təmsil olunmasın.
Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınırsa, niyə kempoda da təmsil olunmayaq.
Beynəlxaql Kempo federasiyasından bizə deyildi ki, siz gəlib imtahandan və qeydiyyatdan keçməlisiniz, müqavilələr bağlanmalıdır. Bundan sonra Azərbaycnda rəsmi Kempo federasiyası açıla bilər. 2009-cu ildə Kemponun 6-cı dünya çempionatında mən yarışda çıxıb ilk dəfə olara bu idman növündə dünya çempionu oldum. 2011-ci ildə Azərbaycanda böyük yarış keçrildi. Həmin yarış daxilində də Kempo növü üzrə seminar təşkil etdim.
Bu yarışlada Beynəlxalq Kempo federasiyasının federasiyasını və rəsmilərini dəvət etdim.– Deməli sizi federasiyanın qurucusu adlandırmaq olar?

– Bəli, rəsmi olaraq bu status mənə verildi, həm qurucusu, həm təsisçisiyəm. Onun burada təbliğatı ilə məşğul olanda mənəm. Bölgələrdə də fəaliyyət göstəririk. Bölgələrdəki kempo klubları hamısı mənim rəhbərliyim altındadır.
Amma bunun üçün bizə dəstək olanlar var. Belə ki, Şərq Döyüş Növləri Federasiyaları Şurası, Gənclər İdman Nazirliyi, Bakı şəhər Gənclər İdman idarəsi kimi qurumların bizim fəaliyyətimizdə böyük rolu var. Hansısa bir idman növündə dövlətin qayğısı və diqqəti varsa inkişaf var. Bir sözlə ailə atasız deyil.
Adını çəkdiyim idarələrdən qanun çərçivəsində nə lazımdırsa dəstək verilir. Nazirlik deyib ki, bu idmanda təbliğat aparıb, öz üzərinizdə işləyirsiz, buna görə də biz sizə dəstəyik.

– Maliyyəniz haradan gəlir?

– Maliyyə özümüzdəndir, klubun daxili imkanları hesabınadır. Hələ ki, belə fəaliyyət göstəririk.

– Bəs nazirlik sizə maddi dəstək verir?

– Gənclər və İdman Nazirliyi respublika çempionatlarının təşkili üçün bizə pul ayırır. Bundan əlavə dünya və Avropa çempionatlarında iştirak edən, bir nömrəli idmançılara il ərzində müəyyən yardımını göstərir. Yarışlarda iştirak etmək üçün müəyyən köməklik göstərirlər. Keçən il ölkəmizdə”AvroAsiya” çempionatı keçirdik. Bunun təşkilində Bakı şəhər Bakı şəhər Gənclər İdman İdarəsinin rolu böyük idi.
Şərq Döyüş Növləri Federasiyaları Şurası, Gənclər İdman Nazirliyi, Bakı şəhər Gənclər İdman idarəsi və “Toğrul” İK-nın hesabına hələ ki, kempo inkişaf edir.
Amma istəyərdim ki, Azərbaycanda kempo federasiyasının sponsoru, maliyyə dəstəkçisi olsun. İstər qurum, istər şirkət…

– Niyə yoxdur? Tapa bilmirsiniz?

– Bizdə bilirsiniz necədir? Bizdə iş adamlarının anlayışı odur ki, gərək federasiya olsun ki, biz də ona bir şey edək. Başa düşmürəm, bu gün yarışlar keçiririksə, bizi nazirlik öz diqqətində saxlayırsa, yarışa öz diplomlarını verirsə, şuranın dəstəyi varsa daha nə lazımdır. 6 il ərzində Azərbaycanda kempo üzrə keçirilən yarışda 417 idmançı, 36 idman klubu iştirak edirsə bu böyük bir addımdır.
Əvvəlcədə dediyim ki, bölgələrdə- Ağcabədidə, Şəkidə , Qazaxda, Neftçalada, Gəncədə , Sumqayıtda və Bakının bir çox yerlərində Kemponun filialları var.
Bakıda isə Ayna Sultanovada məşq keçirik.

– Yığmada neçə nəfər var?

– 20-22 nəfər yığmanın üzvü var. Onların içərisində qızlar da vatr. Amma qızlarla bir az problemimiz olur. Belə ki, ailə qurandan sonra idmandan ayrılırlar.
“Dedim ki, bəs o vaxt Heydər Əliyevin marağı nə idi?!” - FOTOLAR + VİDEO
– Qələbə qazanan idmançılar pul mükafatı ilə necə təmin olunur?

– Qurum olaraq getdiyimiz bütün yarışlardan hesabatla gəlirik. Qeyd edim ki, biz dünya və Avropa çempionatlarında iştirak edirik. Burada da 120-yə yaxın ölkədən keçmpoçular çıxış edir. Bizim də getdiyimiz yarışlarımız qayıtdıqdan sonra nazirlik tərəfindən yoxlanılır və qeydiyyata götürülür. İlin sonunda öz mükafatını idmançılarımıza təqdim edir.

– Azərbaycan Kempo federasiyası neçə dünya çempionu yetişdirib?

– 6 il ərzində 11 dünya çempionumuz yetişib.

– Bu illər ərzində ən çox mükafatı kimə təqdim edibsiniz?

– Bunu demək istəmirəm. Çünki bu bizim qurumun daxili sirridir. Amma qeyd edim ki, bizim təşkilata da sponsor tapılarsa gözəl nəticələrlə qayıdan idmançılara daha yaxşı mükafatlarımız olacaq. Baxın Azərbaycanda 6 il ərzində Kempo çox sürətlə inkişaf edir. Bu qədər idmançıların yetişməsi, bölgələrdə bu idman növünün geniş təğliğatı inkişafımızı sübut edir.

– Sponsorluq üçün kimə müraciət etmisiniz?

– Düzünü deyim ki, bu çox böyük problemdir. Bu böyük bir siyasi söhbətdir. Bu günə qədər demək istəmirdim, amma indi deyəcəyəm.
Hansısa şirkətə sponsor olması üçün gedirsən həmin an cavabı belə olur: “Mənim marağım nədir?”.
Bir dəfə sponsorlardan birinə belə cavab verdim: “Heydər Əliyev o vaxt hakimiyyətə gələn zaman bu dövləti – Azərbaycanı ayağa qaldırdı. İncəsənətə, idmana böyük dəstək verdi. Bu zaman uluöndərimizin marağı nə idi? Bir bunu da fikirləş…” Dedim ki, onun marağı idmanın inkişafı idi. Azərbaycanlı idmançı amerikalını udanda həmin yarışa maraqla baxırdı. Qalib gələndə buna sevinirdi..”
Bu gün hansısa bir şirkətə, quruma yaxınlaşırsan ki, bir yarışı təşkil etməkdə bizə kömək et. O saat deyirlər ki, “sizin gənclər və idman nazirliyiniz yoxdur?”. O zaman deyirəm ki, nazirliyimiz var, qanun çərçivəsində də nə lazımdır edir. Bir söz var, ailəyə ata başçılıq edirsə o demək deyil ki, hər şey atanın üstünə düşür. Onun əmisi də var, dayısı da var. Loru dildə desək qohum-əqrəbəsi də köməkliyini göstərməlidir..

Aygün İlqarqızı, Hurriyyet.org
PS: Rauf İbrahimov Ciu -citsu üzrə 7 dan , Kempo üzrə 4 dan , Şotokan Karate – Do 2 dan qarakəmər sahibidir. O həmçinin şərq əlbəyaxa Döyüş növləri üzrə Əməkdar məşqçidir.

“Dedim ki, bəs o vaxt Heydər Əliyevin marağı nə idi?!” - FOTOLAR + VİDEO
“Dedim ki, bəs o vaxt Heydər Əliyevin marağı nə idi?!” - FOTOLAR + VİDEO
“Dedim ki, bəs o vaxt Heydər Əliyevin marağı nə idi?!” - FOTOLAR + VİDEO
“Dedim ki, bəs o vaxt Heydər Əliyevin marağı nə idi?!” - FOTOLAR + VİDEO